Bakı İdman Zalında Birinci Avropa Oyunları çərçivəsində keçirilən stolüstü tennis yarışlarının final mərhələsi oynanılır.
Teleqraf.com xəbər verir ki, qadınlar arasında komanda yarışlarında Çexiya və Ukrayna bürünc medal uğrunda mübarizə aparıb.
Birinci görüşdə Çexiya təmsilçisi İveta Vaçenovska ukraynalı Tetyana Bilenkoya 3-1 hesabı ilə qalib gəlib.
Ukraynalılar ikinci görüşdə hesabı bərabərləşdirdi. Renata Stribikova ilə görüşdə Marqarita Pesotska 3-1 hesabı ilə inamlı qələbə qazandı. Beləliklə ümumi hesab 1-1 oldu.
Üçüncü görüşdə Çexiyanı təmsil edən Hana Matelova, Renata Strbikova cütlüyü ukraynalı Qana Qaponova və Tetyana Bilenko ilə qarşılaşıb. Cütlüklərin yarışında çexlər 3-2 hesabı ilə qalib gəldi.
Beləliklə ümumi hesab 2-1 Çexiyanın xeyrinə dəyişib.
Sonuncu görüşdə ukraynalı Qanna Qaponova İveta Vaçenovska ilə qarşılaşıb. Çex Respublikasının idmançısı bu görüşdə 3-0 hesabı ilə qalib gəlib.
Beləliklə, ümumi hesabda 3-1 hesabı ilə qalib gələn Çex Respublikası Avropa Oyunlarının bürünc mükafatını qazandı.