15 İyun 2015 15:25
2 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

Medalları atletlərə Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti Sergey Bubka və Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Kramer təqdim ediblər.

15:20

Sonuncu oyunda Han Yinq Eerland Britti 3-0 hesabı ilə məğlub edərək Almaniyanı Avropa Oyunlarının qalibi etdi.

Ümumi hesabda Almaniya Hollandiyaya 3-2 hesabı ilə qalib gəldi.

15:05

Dördüncü oyunda hollandlar hesabı bərabərləşdirdi. Li Jie Solja Petrissadan daha güclü oldu: 3-0.

Beləliklə ümumi hesab 2-2 oldu. Avropa Oyunlarının qalibi son qarşılaşmada məlum olacaq.

14:29

Cütlüklərin görüşündə almanlar daha güclü oldular. Solja Petrissa, Şan Xiaona cütlüyü Eerland Britt və Li Jiaoya 3-2 hesabı ilə qalib gələrək ümumi hesabda 2-1 hesabı ilə önə keçiblər.

13:52

İkinci görüş almanların xeyrinə başa çatdı. Şan Xiona Hollandiya təmsilçisi Li Jieyə 3-1 hesabı ilə qalib gəldi. Ümumi hesab 1-1 oldu.

13:34

Hollandiya birinci görüşü öz xeyrinə başa vurdu. Li Jiao Almanıya təmsilşisi Han Yingə 3-0 hesabı ilə qalib gəldi.

12:33

Bakı İdman Zalında Avropa Oyunları çərçivəsində stolüstü tennis üzrə final gürüşü start götürüb.

Teleqraf.com xəbər verir ki, həlledici qarşılaşmada Almaniya Hollandiya ilə qızıl medal uğrunda mübarizə aparır.

Birinci görüş Almaniya təmsilçisi Han Ying və hollandiyalı Li Jiao arasında keçirilir.


Müəllif:

Oxşar xəbərlər