Birinci Avropa Oyunlarında Stolüstü tennis üzrə komanda yarışlarında bürünc medal qazanan Çex Respublikasının idmançıları öz təəssüratlarını bölüşüblər.
Oyundan sonra Teleqraf.com-a açıqlama verən çexiyalı tennisçilər Hana Matelova və Renata Strbikova öz sevinclərini gizlətməyiblər:
"Bürünc medal qazandığımız üçün çox sevinirik. Ukrayna komandası çox güclü idi. Amma biz daha yaxşı mübarizə apardıq və qalib gəldik.
Hana Matelova yarımfinalda Almaniyaya məğlub olmalarına da toxunub:
"Almaniya çox güclüdür. Onlar yarışın əsas favoritidir. Biz əlimizdən gələni etsək də məğlub olduq. Amma sevinirəm ki, bu gün biz özümüzü toparlayıb bürünc medalı qazana bildik.
Uğur