Bu gün Avropa Oyunlarında qadın güləşçilərin mübarizəsinə yekun vurulacaq.
12:30
Anjela Doroqan birinci Avropa Oyunlarının final mərhələsinə yüksəlib. Yarımfinal mərhələsində moldovalı Nataliya Budu üzərində təmiz qələbə qazanan güləşçimiz qızıl medal uğrunda görüşdə Polşa təmsilçisi Roksana Zasina ilə qarşılaşacaq.
12:04
Anjela Doroqan (53 kq) birinci Avropa Oyunlarının yarımfinala yüksəlib. Türkiyəli Merve Kengerin ardınca macarıstanlı Mersedes Denesi məğlub edən Anjela Doroqan növbəti mərhələdə moldovalı Nataliya Budu ilə qarşılaşacaq.
11:19
Anjela Doroqan (53 kq) birinci Avropa Oyunlarının dörddəbir final mərhələsinə yüksəlib. Türkiyəli Merve Kengerə qalib gələn güləşçimizin növbəti rəqibi macarıstanlı Mersedes Denes olacaq.
10:32
Kazan Universiadasının bürünc medalçısı və Avropa çempionatının gümüş mükafatçısı İrina Netreba (58 kq) Avropa Oyunlarına qələbə ilə başlayıb. İtaliya təmsilçisi Karola Raineronu məğlub edən güləşçimiz dörddəbir finalda Bolqarıstan idmançısı Mimi Xristova ilə qarşılaşacaq.
10:09
Yarışın son günündə daha 4 dəst medalın sahibi bilinəcək.
53 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz Anjela Doroqan 1/8 finalda türkiyəli Merve Kengerlə qarşılaşacaq. Görüş saat 10:49-da başlayacaq.
58 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz İrina Netraba ilk mərhələdə italiyalı Karola Raynero ilə görüşəcək. Qarşılaşma bu gün saat 10:14-də keçiriləcək.
63 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz Elmira Qəmbərova birinci görüşünü isveçli Henna Yohanssona qarşı keçirəcək. Görüş saat 10:28-də başlayacaq.
75 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz Gözəl Zutova ukraynalı Oksana Vaşçukla görüşəcək. Qarşılaşma 10:56-da start götürəcək.