16 İyun 2015 14:46
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Güləş millimizin üzvü Həsən Əliyevin öz çəki dərəcəsində yarımfinalda erməni təmsilçisinə məğlub olmasını “faciəyə” çevirmək və idmançımızın sosial şəbəkələrdə müxtəlif hücumlara məruz qalması yolverilməzdir”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri millət vəkili Fuad Muradov öz Facebook səhifəsində yazıb. Millət vəkili bildirib ki, bu idman yarışıdır, biri udar, çoxu uduzar: “Qələbə həmişə şirin, məğlubiyyət isə acıdır.

Düzdür, yarışın Bakıda keçirilməsi baxımından erməniyə məğlub olmaq, əlbəttə, acıdır. Ancaq bu məğlubiyyətə görə 25 yaşlı idmançını top atəşinə tutmaq nə dərəcə doğrudur? Axı, bu idmançı dəfələrlə Azərbaycan bayrağını müxtəlif ölkələrdə ucaldıb, dəfələrlə erməniləri üstələyib. Bu cür populist yanaşma doğru deyil. Bu gün məğlub olan Həsən sabah qalib olacaq və bəlkə də erməniləri himnimizi ayaq üstə dinləməyə məcbur edəcəkdir. Odur ki, belə ucuz hərəkətlərlə Azərbaycanın idmançılarını ruhdan salmaq yox onlara dəstək olmaq lazımdır.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər