16 İyun 2015 16:45
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futzal üzrə Avro-2016-nın pley-off mərhələsində Azərbaycan yığmasının rəqibi məlum olub.

Teleqraf.com AFFA-ya istinadən məlumat verir ki, futzalçılarımız final mərhələsinə vəsiqə qazanmaq uğrunda oyunlarda Slovakiya yığması ilə qarşılaşacaq.

İlk görüş sentyabrın 15-də, cavab matçı isə 1 həftə sonra keçiriləcək.

Qeyd edək ki, yığmamız ilk oyununu evdə keçirəcək. Seçmə mərhələdən sonra Rusiya, İspaniya, İtaliya, Ukrayna, Sloveniya, Xorvatiya və Portuqaliya milliləri Avropa çempionatına vəsiqə qazanıblar. 2016-cı il fevralın 2 və 13-də keçiriləcək final mərhələsinə ev sahibliyi edəcək Serbiya yığması isə yarışa təşkilatçı ölkə kimi qatılacaq.

Digər cütlüklər belədir:

Avropa çempionatı - pley-off mərhələsi

Rumıniya – Macarıstan
Bosniya və Herseqovina – Qazaxıstan
Çexiya – Belarus
Azərbaycan – Slovakiya


Müəllif: