16 İyun 2015 18:38
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı I Avropa Oyunlarının keçirilməsi üçün çox yaxşı yerdir". Bunu Trend-ə estoniyalı kamandan oxatan Qross Yaanus deyib.

Avropa Oyunlarının xoşuna gəldiyini deyən idmançı qeyd edib ki, Oyunların açılışına Estoniyada baxıb və xoşuna gəlib.

İdmançının sözlərinə görə, yarışlarda yaxşı nəticə göstərməyə çalışıb və buna nail olduğu üçün çox şaddır.

Q.Yaanus əlavə edib ki, bu, Bakıya ilk səfəridir və şəhəri gəzmək niyyətindədir.


Müəllif: