19 İyun 2015 19:11
1 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı 2015” Birinci Avropa Oyunlarının 8-ci günündə qadınlar arasında keçirilən voleybol yarışının növbəti görüşləri baş tutur.

Teleqraf.com xəbər verir ki, Polşa və İtaliya komandaları qarşılaşıb. İlk setdə polşalılar üstün olub: 25-17. İkinci hissədə də Polşa voleybolçuları qələbə qazanıb: 25-18. Üçüncü setdə isə polşalı qadın voleybolçular qələbəni tam təmin edib: 25-23.

Serbiya 2-3 Hollandiya

Serbiya və Hollandiya kollektivləri qarşılaşıb. Birinci setdə serblər üstünlük əldə edib: 25-20. İkinci hissədə hollandlar hesaba tarazılıq gətirib: 25-22. Üçüncü setdə Sebriya yenidən önə keçib: 28-26.

Dördüncü setdə Hollandiya kollektivi yenidən hesabı bərabərləşdirib: 25-16. Beşinci setdə də 15-9 hesabı ilə qalib gələn hollandlar oyunu qələbə ilə başa vurub: 3-2.

Bolqarıstan 2-3 Xorvatiya

Bolqarıstan kollektivi Rumıniya ilə qarşılaşıb. İlk setdə xorvatlar 25-23 hesabı ilə üstün olublar. Bolqarlar ikinci setdə də qələbəyə sevinmədi: 23-25.

Üçüncü hissədə Bolqarıstan kollektivi üstün olmağı bacarıb: 25-15. Dördüncü setdə xorvatlar 25-23 hesabı ilə üstün olaraq, oyunu qalibiyyətlə başa vurub: 3-1.

Rumıniya 0-3 Türkiyə

Günün ilk qarşılaşması Türkiyə komandası ilə Rumıniya kollektivi arasında keçirilib. Türkiyəli qizlar birinci seti qalib başa vurub: 25-16. İkinci hissədə də rumınlar məğlub olub: 25-22. Üçüncü set həlledici olub. Belə ki, türkiyəlilər bu setdə 25-19 hesabı ilə qalib gələrək, ümumi oyunu qələbə ilə bitirib: 3-0.

Bu gün baş tutacaq oyunlar bunlardır:

Saat 20:00-da A qrupu Azərbaycan - Belçika

Saat 22:00-da B qrupu Almaniya - Rusiya


Müəllif:

Oxşar xəbərlər