20 İyun 2015 00:29
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın aktivinə 13-cü qızıl medalı yazdıran taekvondoçumuz Radik İsayev rusiyalı Vladislav Larinlə keçirdiyi final görüşü və çaldığı qələbədən danışıb.

Teleqraf.com-un məlumatına görə, Azərbaycan təmsilçisi qeyd edib ki, bundan öncə iki dəfə rusiyalı idmançıya uduzsa da, Avropa Oyunlarında ona qalib gəlməyi qarşısına məqsəd qoyub: "Revanş götürmək niyyətində idim. Qızıl medal qazandığım üçün çox sevinirəm. Rəqibim çox güclü idi, amma şükür Allaha, qalib gəldim. Bu il mәnim üçün uğurlu oldu. Dünya çempionu oldum vә bu gün qızıl medal qazandım. İndi istirahәtә gedəcəyəm, ailəmlə birgə vaxt keçirmək istəyirəm. Qayıtdıqdan sonra yenə mәşqlərə davam edəcəyəm. Final döyüşünə çıxmazdan əvvəl söylədiyim kimi qәlәbәmi valideynlәrimә hәsr edirәm".


Müəllif:

Oxşar xəbərlər