21 İyun 2015 21:40
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı 2015” Birinci Avropa Oyunlarının 10-cu günündə qadınlar arasında voleybol yarışlarında “A” qrupunun liderliyi uğrunda Azərbaycan və Türkiyə kollektivləri qarşılaşıb.

Teleqraf.com xəbər verir ki, birinci setdə ilk texniki fasiləyə Türkiyə komandası öndə yollandı: 8-5. İkinci texniki fasiləyə də türiyəli xanımlar üstün ayrılıb: 16-11. İlk setdə Türkiyə qalib gəlib: 26-24.

İkinci hissənin il texniki fasiləsinə Azərbaycan geridə yollanıb: 7-8. İkinci texniki fasiləyə də komandamız geridə ayrılıb: 11-16. Bu hissədə də Türkiyə kollektivi qalib olub: 25-24.

Üçüncü hissənin ilk texniki fasiləsi türkiyəli idmançıların üstünlüyü ilə sona çatıb: 8-4. İkinci texniki fasiləyə komandamız geridə ayrılıb: 12-16. Üçüncü seti Türkiyə 25-21 hesabı ilə qalibiyyətlə başa vuraraq, oyunun qalibi olub: 3-0.

Qeyd eədk ki, bu oyuna qədər Azərbaycan qrupda 11 xalla birinci, Türkiyə isə 10 xalla ikinci yerdədir. Üçüncü yerdə isə Polşa komandası qərarlaşıb. Onun 9 xalı var.


Müəllif: