"Döyüş çətin keçdi. Bolqar boksçu döyüşə fiziki cəhətdən yaxşı hazırlaşmışdı. Ona görə üçüncü raundda bir az yoruldum. Amma çox şükür qələbə qazana bildim".
Teleqraf.com xəbər verir ki, bu sözləri boks yarışlarında Azərbaycanı 52 kq çəki dərəcəsində təmsil edən Elvin Məmişzadə bolqarıstanlı rəqibi üzərində qazandığı qələbədən sonra deyib.
Yarımfinal haqqında danışan təmsilçimiz qızıl medal qazanmaq üçün əlindən gələni edəcəyinə söz verib: "Bu tempi davam edib yarımfinal, finalda da qələbə qazanıb, bayrağımızı yüksəltməyə çalışcam. İlk Avropa Oyunları tarixdir. Mən də bu yarışda qızıl medal qazanıb tarixə düşmək istəyirəm".
Uğur