I Avropa Oyunları çərçivəsində üzgüçülük üzrə yarışlara start verilib.
Teleqraf.com xəbər verir ki, yarışlar zamanı qadın və kişi üzgüçülər sərbəst, kəpənək, qurbağa, arxa üstə, fərdi kompleks, sərbəst və kompleks ötürmə üzrə öz güclərini sınayacaqlar.
***
10.35
Kişilərin 400 m məsafəyə sərbəst üzmə yarışının ilkin mərhələsi yekunlaşıb.
Final mərhələsinə Almaniyadan Hentşel Paul və Muehllaytner Henniq, Fransadan Doriano Nikolas, Rusiyadan Maksumov Ernest və Prokofev Aleksandr, İspaniyadan Vivas Egea Mark və Rodriqes Rikardo çıxıb.
Final mərhələnin yarışı 18.20-də başlayacaq.
***
11.00
Kişilərin arasında 50m kəpənək formasında üzmə yarışının ilkin mərhələsi yekunlaşıb.
17.40-da keçiriləcək yarımfinala mərhələsinə çıxan iştirakçılar artıq bəllidir.
1. Türkiyə - Sakcı Hüseyn Emre
2. İsrail- Çeruti Meyron
3. Polşa - Çudi Miçel
4. Xorvatiya - Blaskoviç Bruno
5. Ukrayna - Klopstov Anri
6. İspaniya - Lazona Mateos Alberto
7. Norveç - Roeland Marius
8. Belçika - Vanqoetsenhoven Drays
9. Latviya - Pesokis Arturs
10. Estoniya - Zaytsev Daniel
11. Ukrayna - Şevtsov Şeri
12. Rusiya - Şevlaykov Roman
13. Rusiya - Pakhomov Daniil
14. Polşa -Sendik Pavel
15. Finlandiya - Makela Niko
16. İsrail - Baron Kiril
Final mərhələnin yarışı 19.00-da başlayacaq.
***
13.30
Kişilərin 4x100m məsafəyə sərbəst ötürmə üzrə yarışının ilkin mərhələsi yekunlaşıb.
Final mərhələsinə Polşa, Böyük Britaniya, Rusiya, Ukrayna, İtaliya, Almaniya, Belçika və Xorvatiya komandaları çıxa bilib.
Azərbaycan komandası isə 14-cü yeri tutub.
Final mərhələnin yarışı 19.45-də başlayacaq.
Rüstəm