Bakı Kristal Zalda keçirilən qılıncoynatma yarışlarını izləyən Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov oyunlarla bağlı Teleqraf.com-a açıqlama verib.
Taekvondo, güləşin bəzi qarşılaşmasını və boks yarışlarını izlədiyini deyən N.Məcidov deyib: “İdmana böyük marağım var. Yaxın günlərdə çimərlik futbolunu izləyəcəyəm. Vaxtilə özüm üzgüçülüklə məşğul olmuşam. Qılıncoynatma yarışında iştirak edənlərdən biri yaxın dostumun övladıdır, ona tamaşa etmək üçün gəlmişdim. Təmsilçilərimizin uduzmasına heyfslənsəm də, təsəlli onda tapıram ki, bu, idmandır. İdmanda döyüşçülərdən biri mütləq uduzur, digəri isə udur”.
Rəis müavini turistlərin bulvardakı xidmətdən razı qaldıqlarını söyləyib: “Mən əmin idim ki, bütün turistlər və idman komandası ilə gələn heyət üzvləri, idmançılar Azərbaycanda hər şeydən razı qalacaqlar. Bulvarda işlədiyimə görə xüsusilə deyə bilərəm ki, Avopa Oyunları başladığı gündən bu günədək bir turistin hər hansı şikayəti olmayıb. Xarici qonaqlar Bakıdakı istirahətlərindən razılıq edirlər”.
N.Məcidov süni qiymət artımı ilə bağlı şikayətin daxil olmadığını əlavə edib.
Nərgiz