İrlandiyanın “Sportsnewsireland” portalı bu ölkəni ilk Avropa Oyunlarında təmsil edən idmançıların Bakı haqqında təəssüratlarından yazıb.
AZƏRTAC xəbər verir ki, məqalədə İrlandiyanın üzgüçülük komandasının rəhbəri Peter Banka istinadən irlandiyalı atletlərin birinci Avropa Oyunlarında iştirak etməkdən çox məmnun olduqları vurğulanır.
“İdmançılarımız birinci Avropa Oyunlarına çox ciddi hazırlaşıblar və hədəfimiz yalnız və yalnız qələbədir. Ən pis halda ilk beşlikdə yer almaq istəyirik. Bu Oyunlarda qələbə qazanmaq bizim üçün çox önəmlidir”, - deyə P.Banka bildirib.
Xatırladaq ki, İrlandiya üzgüçülük yarışlarına 12 güclü idmançı ilə qatılıb.