25 İyun 2015 11:45
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli Gimnastika Arenasında tamaşaçı sayı çox idi”. Bunu Azərbaycan Gimnastika Federasiyasınn baş katibi Fərid Qayıbov deyib.

Bakı-2015 I Avropa Oyunları ilə bağlı bu gün təşkil olunan mətbuat konfransında iştirak edən baş katib öncə uğur qazanan idmançıları təbrik edib: “6 gündə kifayət qədər yarışlar oldu. Bunların 4-ü Olimpiya idman növü idi. Bu, Avropa və Beynəlxalq Gimnastikası üçün böyük nailiyyətdi. Bu Oyunlar yay Olimpiya Oyunları səviyyəsində keçirilir. Hesab edirəm ki, akrobatika gimnastikası üçün bu, böyük şansdı. Bizim idmançımız Oleq Stepkonun 5 medal qazanması ilə fəxr edirik. Son iki il ərzində Azərbaycan Gimnastika Federasiyası 3 yeni idman növünü inkişaf etdirməyə başlayıb. Bunun biri batut idi ki, onda da medal qazandıq. Milli Gimnastika Arenasının açılışı ötən il cənab Prezident və onun xanımının iştrakı ilə açıldı. Neçə ildi bu işinn içindəyəm, belə arena görməmişəm. İnanıram ki, gələcəkdə idmançılarımız Olimpiya Oyunlarında daha yüksək nəticələr əldə edəcəklər”.

Federasiya rəsmisi Marina Durunda ilə bağlı yaranmış anlaşılmazlığa da aydınlıq bildirib: “Hakimlər Avropa Gimnastikasının texniki komitəsi tərəfindən təyin olunur. Mən Avropa Gimnastika İttifaqınn da vitse-prezidentiyəm. Təəssüf ki, mənim bu haqda danışmağım doğru olmaz. Bu Oyunlardan sonra İcraiyyə Komitəsinin iclası olacaq. Gələcəkdə gimnastikanın bu Oyunlarda hansı formatda olması, mənfi və müsbət cəhətləri araşdırılacaq. Mən də Azərbaycan Gimnastika Federasiyasının təkliflərini də orda bildirəcəm”.

Fərid Qayıbov bildirib ki, gimnastika Olimpiya Oyunlarında 4 növdə təmsil olunur: “Lisenziyaların bir qismi dünya çempionatında əldə olunmalıdı. Almaniyada keçiriləcək dünnya çempionatında idmançılarımız iştirak edəcək. Orda qazanmayanlar da Rio-de Janeyrodakı test yarışlarda iştirak edəcəklər. Marina Durundadan lisenziya gözləyirik. Ayşan Bayramova, Gülsüm Şəfizadə lisenziya uğrunda yarışacaq. Biz 1 və ya 2 lisenziya əldə edə bilərik. Çünki ötən dünya çempiontında 24-lükdə yer almamışdıq. Burda 1 lisenziya qazanmağımız da nailiyyət olar. Batutda bir kişi və bir qadın idmançımız Olimpiadaya lisenziya qazana bilər”.

İlhamə Əbülfət


Müəllif: