13 İyun 2016 00:43
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 12-də Fransanın daxili işlər naziri Bernar Kaznöv "Avro-2016"nın oyun günlərində və matçlar ərəfəsində həssas ərazilərdə spirtli içkilərin satışının qadağan olunduğunu bəyan edib.

AZƏRTAC "lemonde.fr" saytına istinadla xəbər verir ki, fransalı nazir bu addımı dünən Marseldə keçirilən Rusiya-İngiltərə matçından əvvəl və sonra baş verən hadisələrə görə atıb.

B.Kaznöv qeyd edib ki, oyun günlərində və ərəfəsində, həmçinin həssas ərazilərdə fan-zonaların açılışı günü spirtli içkilərin satışı, istifadəsi və daşınmasının qadağan edilməsi ilə bağlı prefektlərə göstəriş verib. Prefektlər, eyni zamanda, terraslarda "mərmi" kimi istifadə edilə bilən qabların istifadəsini də qadağan edə bilərlər.


Müəllif:

Oxşar xəbərlər