ABŞ-da baş verən qanlı terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisəni 1986-ci il təvəllüdlü Ömər Sadiq Mətin adlı terrorçu törədib.
Araşdırmalar zamanı məlum olub ki, “gey”lərin toplaşdığı gecə klubuna hücum edən əfqan əsilli Mətinin atası ötən il Əfqanıstanda prezident seçkiləri zamanı namizədliyini irəli sürübmüş. ABŞ polisindən verilən məlumata görə, Mətinin Florida ştatındakı evində axtarış aparılıb: "Mətin hücumda tüfəng və tapançadan istifadə edib. Evdə axtarışlar zamanı bunlardan istifadə qaydalarını özündə əks etdirən xüsusi nəşrlər aşkar edilib. Məlum olub ki, Mətin bu silahları gizli yolla əldə edib".
Ömər Mətinin atası Sıddıq Mətin hadisədən şoka düşdüklərini bildirib: "Bütün ölkə kimi biz də şokdayıq. Oğlumun terrorçularla əlaqəsinə inanmıram. Bu hücum sırf cinsi azlıqlara qarşı nifrəti özündə əks etdirir".
Qeyd edək ki, məlum hadisə zamanı Ömər Mətin 50 nəfəri öldürüb, 53 nəfəri yaralayıb. Təcavüzkar təhlükəsizlik qüvvələrinin əməliyyatı zamanı öldürülüb.
Samir