Müsəlman Qardaşları Təşkiları (İhvan), 1973-cü ildə baş vermiş Ərəb-İsrail müharibəsinin 43-cü ildönümü münasibətilə Mısır ordusuna “torpaqlara geri dönün” çağrışı edib.
"Ordu komandirlərinə" başlıqlı məktubda bildirilir:
"1973-cü ildə Allahın iznilə əsgərlərimiz "təkbir" şüarı ilə Süveyş Kanalının qərbini azad edib. Bu zəfərdən sonra ərəblər ərazidə təhlükəsiz yaşayıb. Ancaq demokratik seçki yolu ilə hakimiyyətə gələn Məhəmməd Mursinin devrilməsindən sonra şərtlər dəyişib. O ərazilərə dönün".
Qeyd edək ki, 1973-cü il oktyabrın 6-da 1967-ci ildə İsrail tərəfindən işğal olunan ərazilər geri alınıb. İsrailin Bar-Lev müdafiə xəttini keçən Misir ordusu Süveyş Kanalının 15 kilometr şərqinə qədər irəliləmişdi.
1973-cü il 26 oktyabrda ABŞ-ın vasitəçiliyi ilə başlanan danışıqlar 1979-cu ildə tərəflərin Kemp Devid Anlaşmasını imzalaması ilə nəticələnib. İsrail Sina yarımadasından çəkiləndən sonra Misir Təl-Əvivi dövlət kimi tanıyıb.
Ayxan