"Rusiya dünyada təhlükəsizliyə çox böyük təhdiddir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Polşanın müdafiə naziri Antoni Maçereviç deyib.
Onun sözlərinə görə, bu təhlükəni törədən rus xalqı deyil, Rusiya hökumətidir: "Rus xalqına çox böyük hörmətim var. Ancaq təhlükəni Rusiya hökuməti törədir. Bunu hər kəs anlamalıdır".
Nazir əlavə edib ki, iyulda Varşavada keçiriləcək sammitdə NATO-nun şərq sərhədlərində hərbi varlığını artırması ilə bağlı qəbul ediləcək qərar Alyasın inkişafında tarixi mərhələ olacaq.
Qeyd edək ki, NATO-nun Şərqi Avropada hərbi varlığını artırması Rusiyanın narahatlığına səbəb olub. Rəsmi Moskva bu addımı Rusiyaya qarşı atılmış addım kimi qiymətləndirib.
Samir