23 İyun 2016 14:50
1 847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Türkiyəni Soçidə keçiriləcək Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısına dəvət edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzya məlumat verib.

Onun sözlərinə görə, iyulun 1-də təşkil oluanacaq toplantıya Türkiyə ilə yanaşı Ukrayna xarici işlər naziri də dəvət olunub: "Dəvət olunmalarına baxmayaraq, qarşı tərəfdən hələlik heç bir cavab almamışıq".

Nebenzya toplantı çərçivəsində Rusiya və Türkiyə xarici işlər nazirlərinin təkbətək görüşünün keçirilib-keçirilməyəcəyinə də münasibət bildirib: "Toplantının formatı bu cür görüşlərə imkan vermir. Ancaq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə belə bir görüşün keçirilməsinə hazırıq".

Samir


Müəllif:

Oxşar xəbərlər