Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə ilə Suriya məsələsində təkrar dialoq aparmağın mümkünlüyünü bildirib.
Teleqraf.com xəbər verir ki, Lavrov "Türk ortaqlarımızla Suriyadaki krizisin həllilə bağlı fikir mübadiləsi aparmağa davam edə bilərik" deyib.
Fransa xarici işlər naziri Jean-Marc Ayraultun Lavrovla görüşündən sonra brifinqdə Suriya il bağlı açıqlamalar verən rusiyalı nazir bildirib ki, Suriya məsələsində Türkiyə ilə dar çərçivədə müzakirələr aparılıb, amma bəlli səbəblər üzündən sonradan bu müzakirələr dayandırıldı: "Amma dialoqun bərpa edilməsinin mümkünlüyünü düşünürəm".
Ruslan