Ukraynanın Odessa şəhəri yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş verib. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Odessa vilayəti Milli Polisinin Baş İdarəsi məlumat yayıb.
Hadisəyə səbəb "Opel" minik avtomobilinin ötmə əməliyyatını düz etməməsi olub. Nəticədə avtomobil qarşıdan gələn sərnişin avtobusu ilə, daha sonra isə "Chevrolet" markalı digər avtomobillə toqquşub.
Minik avtomobilinin sərnişin avtobusu ilə toqquşması nəticəsində 21 nəfər xəsarət alıb.
"Xəsarət alanlardan 11 nəfəri xəstəxanaya yerləşdirilib. Hadisə zamanı ölən olmayıb" – deyə polisin məlumatında bildirilir.
Faktla bağlı araşdırma aparılır.