Hərbi çevrilişə cəhddə günahlandırılan Türkiyə Hərbi Hava Qüvvələrinin sabiq komandanı Akın Öztürk bəyan edib ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın hərbi çevrilişə hazırlıqdan xəbəri vardı.
Bu barədə Trend “Milliyyət” qəzetinə istinadən məlumat verir.
A.Öztürk həbsi zamanı deyib: “Mən Hulusi Akarla birgə iş görmüşəm”.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə hərbi çevrilişə cəhd olub.