18 İyul 2016 14:54
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyədə hərbi çevrilişə cəhd zamanı 208 əsgərimiz şəhid olub. Bunlardan 60-ı polis, 3-ü əsgər, 145-i dinc sakinlərdir".

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binali Yıldırım deyib.

Onun sözlərinə görə, çevrilişi həyata keçirməyə çalışanların Türkiyə Silahlı Qüvvələri ilə heç bir əlaqəsi yoxdur: "Bunlar əsgər paltarı geyinmiş qatillər, terrorçulardır. Bu işdə əli olan hər kəs bilməlidr ki, tökülən qana görə cavab verəcəklər. Türkiyə xalqından istəyimiz budur ki, bir olaq, təxribatlara uymayaq.

Bunun arxasından kimin durduğu məlumdur. Bu şəxslərin “kainat imamı” adlandırdıqları şəxs “bizim xəbərimiz yoxdur, hökumət oyun oynayır” desə də, hamı həqiqəti bilir. Çevrilişə cəhddə şübhəli bilinən 7500 nəfər saxlanılıb".

Samir


Müəllif:

Oxşar xəbərlər