Özünü Qvineya-Bisay ölkəsinin baş naziri kimi təqdim edən polşalı milyarder Pyer Konrad Dadak İspaniyada həbs olunub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ona qarşı silah qaçaqmalçılığı ittihamı irəli sürülüb.
Onun evində axtarış zamanı saxta diplomatik sənədlər aşkar edilib. Polisdən verilən məlumata görə, milyarder Cənubi Sudana qaçaqmalçılıq yolu ilə 200 min Kalaşnikov avtomatı, bəzi raket başlıqları və tanklar keçirib.
Qeyd edək ki, Dadak uzun müddət Polşada hərbi vəzifədə çalışıb.
Samir