Türkiyədə son həftələrdə 50-yə yaxın jurnalist həbs edilib, təxminən 300 KİV əməkdaşının vəsiqəsi əlindən alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat verib.
Türkiyə hakimiyyəti bütünlükdə 80-dən çox mətbuat işçisinin həbsinə order verib. Saxlanan media işçiləri Fethullah Gülen hərəkatı ilə bağlılıqda ittiham olunurlar. Ölkə rəhbərliyi Gülen-i iyulun 15-də baş tutmayan hərbi çevrilişi hazırlamaqda günahlandırır.
İyulun 20-də İstanbul məhkəməsi 17 jurnalisti terrorçuluqda ittiham edib.
Fövqəladə vəziyyət elan ediləndən sonra Türkiyədə 100-dən çox media orqanı (qəzet, radio və televiziya) bağlanıb.
İyulun 16-dan sonra 18 min adam saxlanıb, onlardan 10 mini həbs edilib, minlərlə dövlət işçisi vəzifəsindən uzaqlaşdırılıb.