Türkiyənin tələblərinə baxmayaraq Qazaxıstan Təhsil Nazirliyi ölkədəki Fətullahçı məktəblərin bağlanmayacağını bildirib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Qazaxıstanın Akıpress agentliyi məlumat yayıb.
Hazırda Qazaxıstanda 27 Fətullahçı məktəb fəaliyyət göstərir. Təhsil Nazirliyinin açıqlamasında deyilir ki, həmin məktəblər əvvəlki kimi fəaliyyətini davam etdirəcək: “Tələbələr, onların valideynləri bu məktəblərin bağlanacağından narahat olmasınlar. Bu təhsil müəssisələri Nursultan Nazarbayevlə o dövrün Türkiyə prezidenti Turqut Özal arasında Qazaxıstanın müstəqillik qazanmasından dərhal sonra ikitərəfli saziş əsasında açılıb”.
Bir neçə gün əvvəl rəsmi Ankara Türkiyənin Qazaxıstandakı səfiri Nevzat Uyanık vasitəsi ilə Fətullahçı məktəblərin bağlanmasını istəyib.
Türkiyənin analoji tələbinə başqa bir Orta Asiya ölkəsi olan Qırğızıstan da yox deyib.
Mahir