ABŞ dövlət katibi Con Kerri avqustun sonunda Türkiyəyə gəlir.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bundan əvvəl ABŞ-ın Baş Qərargah rəisi Cozef Dunford Ankaraya səfər etmişdi. Bu səfərdən sonra ABŞ-ın vitse-prezidenti Co Bayden və ya dövlət katibi Con Kerrinin Türkiyəyə gələcəyi xəbəri yayılmışdı.
Səfər zamanı ikitərəfli münasibətlər, xüsusilə, 15 iyul çevriliş cəhdində günahlandırıılan Fətullah Gülənin ekstradasiyası məsələlrinin müzakirəsi gözlənilir.
Mahir