5 Avqust 2016 11:10
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kosovanın paytaxtı Priştinada parlament binası atəşə tutulub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə yerli vaxtla 23:15-də (Bakı vaxtı ilə 01:15-də) baş verib.

Naməlum şəxslər qumbaraatanlardan binaya atəş açıb. Hadisə zamanı ölən və ya xəsarət alan olmayıb. Cinayətkarlar qaçmağa müvəffəq olublar. İlkin məlumatlarda insidentin iki nəfər tərəfindən törədildiyi bildirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Samir


Müəllif:

Oxşar xəbərlər