5 Avqust 2016 21:38
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD İraqda 3 minədək qaçqını girov götürüb.

Teleqraf.com xəbər verir ki, BMT-nin avqustun 5-də yaydığı hesabatda belə deyilir.

Söhbət İraqın şimalında yerləşən Kərkük əyalətindəki al Havija rayonunun sakinlərindən gedir.

Onlar yaraqlıların əlinə avqustun 4-də keçiblər.

Məlumatlara görə yaraqlılar 10-dan çox girovu edam ediblər.

Müharibəyədək bu rayonda 400 minədək əhali yaşayıb.

Bu rayon islamçıların nəzarətindədir. Yerli sakinlər onlardan qaçmaq istəyirmişlər.

Son 2 ildə İraqda azı 3 milyon yarım adam ev-eşiyindən didərgin düşüb.


Müəllif:

Oxşar xəbərlər