8 Avqust 2016 17:22
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərbin demokratik dəyərlərə sahib çıxan Türkiyə ilə eyni mövqedə olması lazım idi. Təəssüf ki, türkləri yalnız buraxmağı münasib gördülər. Qərblilər həbs edilən və nəzarətə alınan insanların sayına görə şübhə etməməlidirlər. Bir hüquq dövləti istədiyi məmuru işə götürmək və ya işdən çıxarmaq haqqına sahibdir. Türkiyə Qərb ölkələrinə heç vaxt bu kimi məsələlərdə suallar vermədi, şübhəsini dilə gətirmədi”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan “Le Monde” qəzetinə verdiyi müsahibə zamanı deyib.

15 iyul dövlət çevrilişinə cəhd zamanı bəzi Qərb liderləri ilə telefon söhbəti apardığını xatırladan prezident Ərdoğan bundan razı qalmadığına işarət edib: “Bu, yetərli deyildi. Biz sıradan bir terror hücumu ilə üz-üzə deyildik. Bu günə qədər 240 şəhidimiz, 2200 yaralımız var. Dünya “Charlie hebdo” hücumuna sərt etiraz göstərdi. Bizim də baş nazirimiz Parisə uçaraq bu terror hadisəsini pisləyən yürüşdə iştirak etdi. Qərb liderlərinin Türkiyədə olanlara eyni şəkildə təpki göstərməsini arzu edirdik, Türkiyəyə gəlmələrini istərdik”.

Prezident 15 iyul hadisəsindən sonra Rusiya dövlət başçısı Putinlə telefon danışığını da xatırladıb: “Prezident Putin mənə “keçmiş olsun” demək üçün zəng etdiyində nəzarətə götürülən əsgər və məmurların sayı ilə bağlı maraqlanmadı. Ancaq bütün avropalılar “Nəyə görə bu qədər əsgər həbs edildi, nədən bu qədər məmur vəzifədən çıxarıldı” deyə sual verdilər. Türkiyə parlamenti, Milli Kəşfiyyat İdarəsi bombalandı, Prezident Sarayı hədəfə alındı, burada 6 insan şəhid oldu. Qərb idarəçiləri bu vəziyyətə tərs bir reaksiya ifadə etdilər. Bu, bizi üzdü və bu, qəbuledilməzdir”.

Cavad


Müəllif:

Oxşar xəbərlər