Hindistanın baş naziri Narendra Modinin kostyumu auksionda satılan ən bahalı kostyum kimi Ginnsin Rekordlar kitabına düşüb.
Teleqraf.com-un xəbərinə görə, monoqrammalı kostyum 2015-ci ilin fevralında 43 milyon rupiyə (643 min dollardan artıq) satılıb. Kostyumu Dharmananda Diamond zinyət əşyaları kompaniyasının rəhəbri alıb.
Baş nazir Narendra Modi həmin kostyumu 2015-ci ildə Obama ilə görüşünə geyinib. Kostyumun özəlliyi ondadır ki, onun zolaqlarında baş nazirin adı təkrar-təkrar əks olunur.
Nihad