Əfqanıstanın paytaxtı Kabildə bazar yaxınlığında bomba yüklü avtomobilin partlaması nəticəsində azı 5 nəfər ölüb, onlarla yaralı var.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, partlayışa görə məsuliyyəti Taliban qruplaşması öz üzərinə götürüb. Polis ərazini nəzarətə götürüb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.