Viranşehir-Şanlıurfa şosesində terrorçuların yola basdırdığı partlayıcı qurğunun işə düşməsi nəticəsində 1 polis şəhid olub.
Türkiyənin Şanlıurfa vilayətində zirehli polis avtomobili keçdiyi zaman partlayış baş verib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Viranşehir-Şanlıurfa şosesində terrorçuların yola basdırdığı partlayıcı qurğu işə düşüb. Partlayışda yaralananların olduğu bildirilir. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Partlayış nəticəsində 4 polisin yaralandığı deyilir.