22 Avqust 2016 11:21
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Odessanın qubernatoru Mixail Saakaşvili Ukraynanın Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında iştirakını özünün feysbuk səhifəsində sərt tənqid edib.

Teleqraf.com-un xarici mediaya istinadla verdiyi xəbərə görə, Saakaşvili Ukrayna idmançılarının olimpiadada göstərdiyi nəticələri iflas və fəlakət adlandırıb:

"Bu, fəlakətdir! Bizi hətta Azərbaycan, Qazaxıstan, Macarıstan, Kuba, Keniya, Yamayka kimi Ukrayanadan dəfələrlə kiçik ölkələr də qabaqladı. Ukraynadan on dəfə kiçik olan Gürcüstanın qazandığı medallara da baxın, Ukraynanınkına da baxın".

Sakaaşvili Ukrayna idman nazirini təcili istefaya çağırıb.

Ukrayna idmançıları 31-ci Yay Olimpiya Oyunlarında 2 qızıl, 5 gümüş, 4 bürünc olmaqla cəmi 11 medal qazanıb və ümumi hesabda 31-ci yeri tutublar. Bu, ölkənin idman tarixi üçün ən aşağı göstəricidir.

Mahir


Müəllif:

Oxşar xəbərlər