24 Avqust 2016 09:51
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Türkiyə Silahlı Qüvvələri Suriyanın Hələb şəhərinə bağlı Cerablus bölgəsinə aviasiya zərbələri endirib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, əməliyyat bölgənin İŞİD ünsürlərindən təmizlənməsi məqsədi daşıyır. Digər məqsəd Suryanın şimalında, Türkiyə sərhədində PYD-PKK dəhlizinin yaradılmasını önləməkdir.

Yerli vaxtla gecə saat 40:00-da başlatyan və 1 saat 45 dəqiqə davam edən bombardmanda 63 hədəfə 223 zərbə endirildiyi bildirilir.

Türkiyə Nazirlər Kabineti əməliyyat barədə yazılı açıqlama yayıb.

Hərbi qaynaqlar əməliyyatla bağlı Rusiyanın xəbərdar edildiyini deyir. Türkiyə Silahlı Qüvvələrinin bölgəyə piyada qoşunu yeridəcəyi də ehtimal olunur.

Mahir


Müəllif:

Oxşar xəbərlər