25 Avqust 2016 17:54
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasının neft naziri Bijən Namdar Zəngənə Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin nümayəndələrinin Əlcəzairdə keçiriləcək toplantısında iştirak edəcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə İranın Neft Nazirliyinin rəsmi saytında məlumat verilir.

Həmçinin bildirilir ki, OPEC-in baş katibi Məhəmməd Barkindo yaxın vaxtlarda İrana səfər edəcək.

OPEC-ə üzv və digər böyük neft istehsalçısı ölkələrin nümayəndələrinin sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək Beynəlxalq Enerji Forumu çərçivəsində danışıqlar aparması gözlənilir. Danışıqlarda neftin hasilat miqdarının “dondurulması”nın əsas müzakirə mövzusu olacağı bildirilir (Azərtac).


Müəllif:

Oxşar xəbərlər