Fransanın ən yüksək məhkəməsi qalmaqallı çimərlik geyimi olan burkiniyə Aralıq Dənizi sahilində yerləşən şəhərdə qoyulmuş qadağanı aradan qaldırıb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Vilnyov-Lubedə qoyulmuş bu qadağa "fundamental gediş-gəliş, etiqad və fərdi azadlıqlara qanunsuz və ciddi şəkildə pozub," qərarda deyilir.
Qanun qadağanı tətbiq etmiş 30 digər şəhərdə də tətbiq oluna bilər.
Fransadakı müxbirlərin bildirdiyinə görə, bu qərar o deməkdir ki, indi bütün burkini qadağaları aradan qaldırılacaq. Lakin Korsikada bir mer artıq rəhbərlik etdiyi şəhərdə qadağanı saxlayacağını bildirib.
Qadağanı məhkəmənin diqqətinə çatdıranlar arasında İnsan haqları qrupu olan İnsan Haqları Liqası (LDH) da var.
LDH hüquqşünası olan Patrice Spinosi bildirib ki, indi cərimə edilmiş şəxslər pullarını geri ala bilərlər.