Fətullahçı Terror Təşkilatının (FETÖ) hərbi çevrilişə cəhdindən sonra başlanan əməliyyat zamanı daha 3 nəfər saxlanılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, onlardan ikisi vəzifələrindən azad edilən səfirlər Ali Fındık və Tuncaq Babalı, digər şəxs isə hazırki Baş nazir Əhməd Davudoğlunun xarici işlər naziri dövründə köməkçisi və Türkiyənin 11-ci prezidenti Abdulla Gülün xarici siyasət üzrə baş məsləhətçisi, keçmiş səfir Gürcan Balıkdır.
Onlar polis tərəfindən saxlanılaraq, Ankara məhkəməsinə gətirilib. Ankara məhkəməsi onlarla bağlı həbs qərarı çıxarıb və keçmiş səfirlər Sincan həbsxanasına göndərilib.
Qeyd edək ki, hərbi çevrilişə cəhd iyulun 16-da baş verib. Hadisə zamanı 200-dən çox insan həlak olub, 1500 nəfər xəsarət alıb.
Samir