27 Avqust 2016 13:49
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Moskvadakı yanğından ölənlərin hamısı Qırğızıstan vətəndaşlarıdır".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Moskva təcili yardım xidmətinin nümayəndəsi məlumat verib. O, hadisəyə ilkin ehtimal kimi qısa qapanmanın səbəb olduğunu bildirib: "Güman olunur ki, hadisə 1-ci mərtəbədə aparılan tikinti işləri zamanı yaranmış qısa qapanmadan baş verib. Çünki hadisədən əvvəl binada heç bir partlayış səsi eşidilməyib".

Saat 13:05

Xəbər verdiyimiz kimi, Moskvanın şimal-şərqində yerləşən anbarda güclü yanğın baş verib.

Hadisə nəticəsində ölənlərin sayı 17-ə çatıb, 4 nəfər xəsarət alıb və 12 nəfər xilas edilib. Bununla bağlı şəhər meri Sergey Sobyanın Tvitter hesabında məlumat verib. O əlavə edib ki, faktla bağlı cinayət işi başlanıb.

Bundan başqa, yayılan məlumatlara görə, ölənlərin əksəriyyəti hadisə baş verən vaxtı yatmış olublar və onlar tüstüdən boğulublar.

Saat 11:50

Rusiyanın paytaxtı Moskvanın şimal-şərqində yerləşən anbarda güclü yanğın baş verib.

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı 16 nəfər həlak olub, 4 nəfər yaralanıb. Yaralılar yaxınlqıdakı xəstəxanalara çatdırılıb. Hadisənin dəqiq səbəbləri məlum deyil.

Məlumatlara görə, hadisə zamanı ölənlərin hamısı MDB ölkələrinin vətəndaşlarıdır. Hazırda yanğının qarşısı alınıb. Faktla bağlı araşdırmalar aparılır.

Samir


Müəllif:

Oxşar xəbərlər