2 Sentyabr 2016 23:25
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Fars əyalətinin ictimai təhlükəsizlik polisinin rəisi, polkovnik Seyid Musa Hüseyni sentyabrın 1-də jurnalistlərə açıqlamasında əyalətdə gənc qız və oğlanların geyimi ilə bağlı qoyulan yeni qadağalardan danışıb.

Seyid Musa Hüseyni bildirib ki, polis əməkdaşları gənclərin Şiraz şəhərində islam dəyərlərinə zidd geyimlərdə gəzməsinə imkan verməyəcək: “Qız və oğlanların yırtıq cins şalvar geyməsi, xanımların qabağı açıq düyməsiz mantolardan, qısa, dar və yapışqan paltarlardan istifadəsi, kişilərin isə qalstuk (kravat) və kəpənək (papion) taxması, üzərində xarici dildə yazılar yazılmış paltarlar geyməsi qadağandır və bu tərzdə geyinənlərin qarşısı alınacaq.

Müştərilərinə xarici markalı geyimlər satan mağazalara polis nəzarətinin bundan sonra daha da gücləndiriləcəyini vurğulayan Seyid Musa Hüseyni həm də mağaza sahiblərinə xəbərdadrlıq edərək bildirib ki, həmin mağazalarda qadınların alt paltarlarını satan bölmələrdə kişilərdən yox, qadın satıcılardan istifadə olunmalıdır. (gunaz.tv)


Müəllif:

Oxşar xəbərlər