PKK terrorçularının Türkiyənin Mardin vilayətinin Darkeçit rayonunda hərbçilərə açdığı atəş nəticəsində 6 hərbçi və 1 mülki vətəndaş yaralanıb.
Teleqraf.com Haber7.com-a istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 19:10 radələrində baş verib. Terrorçuların açdığı atəş zamanı xəsarət alan mülki vətəndaşın 40 yaşında qadın olduğu bildirilir.
Hərbçilər terrorçulara cavab atəşi açıb və PKK silahlıları ərazidən qaçıblar.
Bölgəyə təcili yardım maşınları və təhlükəsizlik qüvvələri göndərilib.
Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda terrorçuların zərərsizləşdirilməsi məqsədilə bölgədə irimiqyaslı əməliyyata başlanılıb.