Türkiyə Silahlı Qüvvələri 14-cü gündür ki Suriyada “Fərat Qalxanı Hərəkatı”nı davam etdirir.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyatların 13-cü günündə türk ordusu 9 kəndi İŞİD terrorçularından azad edib: “Türkiyə ordusu terrorçuların hədəflərinə 99 artilleriya zərbəsi endirib. Karabah Mamal, Heydər Başa, Humayrah, Ummət-Tadaya, Masannah, Cubəldam, Mustafa Kabir, Nabrave Mazrat və Nabran kəndləri azad edilib. Döyüşlər zamanı çox sayda terrorçu zərərsizləşdirilib. Hərəkat başlanan gündən terrorçulara məxsus 392 hədəfə 1698 zərbə endirilib”.
Bununla da 98 kilometrlik ərazi İŞİD-dən geri alınıb və Cerablus əməliyyatının ikinci mərhələsi başa çatıb. Üçüncü mərhələdə Türkiyə Suriya torpaqlarının 98 kilometrdən daha artıq ərazilərini terrorçulardan təmizləməyə çalışacaq.
Qeyd edək ki, Türkiyə tankları avqustun 24-də Suriyaya daxil olub və Cerablusun azad edilməsi üçün əməliyyatlara başlayıb.
Samir