"Ermənistanda hökumət tam tərkibdə istefaya göndərilib".
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan məlumat verib.
Onun sözlərinə görə, nazirlər növbəti hökumət qurulanadək vəzifələrini müvəqqəti icra edəcək: "Hökumətin yeni tərkibini parlament təsdiqləyəcək. Yeni baş nazir isə Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən 19 gün ərzində təyin ediləcək".
Qeyd edək ki, bu gün Ermənistan baş naziri Ovik Abramyan istefa verib.
Samir