12 Sentyabr 2016 14:09
378

ABŞ-ın respublikaçılar partiyasndan prezidentliyə namizəd Donald Tramp köməkçilərinə xüsusi tapşırıq verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, tapşırıq 11 sentyabr terror aktı qurbanlarının xatirəsini anma mərasimini zamanı səhhətin qəfil pisləşən prezidentliyə digər namizəd Hillari Klintonla bağlı olub.

Trampın tapşırığına əsasən köməkçilərindən heç biri Klintonun səhhəti ilə bağlı mənfi informasiya verə bilməz. Belə informasiyanı verən şəxs dərhal işindən uzaqlaşdıılacaq.

Qeyd edək ki, həkimlər Hillari Klintona pnevmaniya diaqnozu qoyublar.

Samir


Müəllif: