15 Sentyabr 2016 17:21
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 11 Sentyabr hücumlarında həyatını itirənlərin ailələrinə Səudiyyə Ərəbistanı əleyhinə məhkəməyə müraciət etmək imkanı qazandıran qanun layihəsinin Amerika Birləşmiş Ştatları Kongresinin hər iki palatasında qəbul edilməsinin münasibətlərə mənfi təsir göstərəcəyini bildirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İƏT-dən verilən yazılı açıqlamada qanunun beynəlxalq əlaqələrə mane olacağı, iqtisadiyyatı durğunlaşdıracağı, bütün dünyada sülh və təhlükəsizliyi möhkəmləndirən koalisiyaları zəiflədəcəyi və terrorla mübarizəyə xələl gətirəcəyi ifadə edilib.

Açıqlamada məsələni dəyərləndirən İƏT baş katibi İyad Əmin Mədəni bu qanunun qəbul edilməsinin dar fikirliliyi əks etdirdiyini dilə gətirərək, Konqresin siyasi normalara zidd mövqeyinin məntiqdən uzaq bir xəta olduğunu deyib.

Qeyd edək ki, sözügedən layihə 11 Sentyabr hücumlarında ölənlərin ailələrinə hücumlarda Səudiyyə Ərəbistanının rəhbərlərinin rolu ola biləcəyi iddiası ilə ABŞ məhkəmələrində cinayət işi qaldırmağa imkan qazandırır. Layihənin gündəmə gəlməsi ilə Səudiyyə Ərəbistanı rəhbərliyi kəskin reaksiya göstərərək, Konqres üzvlərini ABŞ-da olan 750 milyard dollar dəyərindəki əmlakını satmaqla hədələmişdi.

Samir


Müəllif:

Oxşar xəbərlər