Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Toyli Komekovu digər işə keçməsi ilə əlaqədar işindən azad edib.
Trend-in Türkmənistanın dövlət saytına istinadən verdiyi məlumata görə, prezidentin fərmanı ilə Toyli Komekov Türkmənistan Dövlət İdman Komitəsinin sədri təyin olunub.