16 Sentyabr 2016 16:17
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva özünü dövlət başçısının varisi kimi görmür.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, bunu parlamentdə çıxışı zamanı deyib: "Mən özümə Vətəninə sədaqətlə xidmət edən prezidentimizin komandasının üzvü kimi baxıram".

Qeyd edək ki, Dariqa Nazarbayeva 2012-ci ildə Qazaxıstan parlamentinin aşağı palatasının deputatı, 2014-cü ildə vitse-spikeri olub. Ötən il o, Qazaxıstan Baş nazirinin müavini təyin edilib. Dariqa bu həftə yuxarı palatanın beynəlxalq münasibətlər, təhlükəsizlik və müdafiə daimi komitəsinin sədri vəzifəsinə seçilib.

Samir


Müəllif:

Oxşar xəbərlər