Müasir dünyada hələ də 120 il yaşayan kişilər, 60-70 yaşında ana ola bilən qadınlar var. İlk baxışdan bu inandırıcı görünməsə də, fakt və araşdırmalar bu reallığı ortaya qoyur.
Teleqraf.com xəbər verir ki, Çin və Əfqanıstan sərhədində, Pakistanın Kəşmir şəhəri yaxınlığında yaşayan Hunza türklərinin belə uzun ömürlü olması araşdırmaçıların diqqətini cəlb edib.
Daha maraqlı bir məqam Hunza türkləri arasında xərçəng kimi ağır xəstəliklərin qeydə alınmaması, iri şəhərlərdə insanlara narahatlıq gətirən mərəzlərə rast gəlinməməsidir.
Hunza türklərinin uzun yaşamasının və bu qədər sağlam olmasının bir səbəbi də dənizdən 6 min metr yüksəklikdə, oksigeni çox olan bir bölgədə yaşaması, buz kimi təmiz su içib öz əkib-becərdikləri ilə qidalanamsıdır. Məsələn, Hunza türklərinin ədviyyatını ancaq özləri hazırlayır, tərəvəz və meyvəni öz torpaqlarından istehlak edirlər. Hunza türklərinin yeməkləri çox sadədir. Xörəklərinin böyük qismini arpa və darı təşkil edir. Burada yaşayanlar tamam vegetarian olmasalar da, ət yeməklərindən çox az istifadə edirlər. Əksəriyyət həftədə cəmi bir dəfə ət yeyir. Daha çox meyvə qurularına meyl edirlər.
Araşdırmalar gösstərir ki, burada insanların cavan qalması və uzunömürlü olmasının bir səbəbi də daimi hərəkətdir. Hər gün dağlarda gəzir, tarlada işləyir, ə təmiz dağ havası alırlar. Ayrıca Hunza türkləri müəyyən yoqa üsullarından yararlanır, nəfəs alarkən yoqa nəfəs texnikasına əməl edirlər.
Xatırladaq ki, bütün bu yazılanlar tamam müsəlman olan Hunza türklərinin həyat ərzini özündə əks edir. Burada insanlar ortalama 110-120 il yaşayır, 65 yaş isə ömrün yarısı sayılır. Qadınlar 65-70 yaşında ana ola bilir, 100 yaşında ölənlərə isə “gənc öldü” deyirlər...
Cavad