Yeni Zelyandiyada bu gün günorta saatlarında 5,8 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı ABŞ Geologi Xidməti məlumat verib. Zəlzələnin episentri Opotiki şəhərindən 766 kilometr aralıda, 10 kilometr dərinliyində olub.
Daha bir zəlzələ Filippində meydana gəlib. Maqnitudası 6,5 bal olan yeraltı təkanların episentri Dabao şəhərindən 114 kilometr aralıda olub.
Hər iki hadisə zamanı dağıntı və tələfatla bağlı məlumat verilmir.
Elvin